Suallar
Cavabını burada tapmadınızsa, WhatsApp-da yazın, tez cavab verərik.
Qonaqlar dəvətnaməni necə açır?
Linkə toxunanda dəvətnamə telefonun brauzerində açılır. Heç bir proqram yükləmək və ya qeydiyyatdan keçmək lazım deyil.
Hər qonağın adı dəvətnamədə görünə bilərmi?
Bəli. Qonaq siyahısını idarə panelinə əlavə edirsiniz, hər qonaq üçün ayrıca link yaranır və dəvətnamə "Hörmətli Rəşad müəllim" kimi başlayır. Ümumi link də var, onu istənilən sayda adama göndərmək olar.
Dəvətnamə nə vaxt hazır olur?
Elə yaratdığınız anda. Dizaynı seçib məlumatları yazırsınız, dəvətnamə gözünüzün qabağında hazır olur. Hesab yaradanda öz linkini alır; ödənişdən sonra "Nümunə" işarəsini götürürük və qonaqların cavabları qəbul olunur.
Toyun hazırlığını da planlaşdırmaq olar?
Bəli. Hesab açan kimi panelinizdə iki pulsuz alət var: tarixinizə görə hazır iş siyahısı (gəlin, bəy və ortaq işlər) və büdcə (xərclər, ödənişlər, qalan məbləğ; toy, nişan və xına ayrıca). Ödənişdən asılı deyil.
Tarixi və ya məkanı sonra dəyişmək olar?
Olar. Panelinizdən dəyişirsiniz, dəvətnamə dərhal yenilənir. Link eyni qalır, ona görə qonaqlara yenidən göndərmək lazım deyil. Ödənişdən sonra tarixi 30 günə qədər irəli və ya geri çəkmək olar, daha böyük dəyişiklik üçün WhatsApp-da yazın.
Qonaqlar şəkilləri necə yükləyir?
Masalardakı QR kodu skan edir və ya dəvətnamədəki "Şəkil yüklə" düyməsinə toxunur. Şəkillər orijinal keyfiyyətdə saxlanılır, siz hamısını bir ZIP faylı ilə endirirsiniz. Bu imkan «Foto» və «Foto və Video» paketlərindədir. Albom tədbirdən 7 gün sonra silinir; şəkil və videoları bu müddətdə ZIP ilə endirin.
Video yükləmənin limiti nədir?
Foto və Video paketində hər video ən çox 3 dəqiqə və 500 MB ola bilər. Video sayına ayrıca limit yoxdur: albomun 20 GB yeri dolana qədər yükləmək olar. Uzun çəkilişlər üçün bizə yazın.
Albomun yerinə neçə şəkil və video sığır?
Foto paketində 10 GB, Foto və Video paketində 20 GB yer var. Telefonla çəkilən bir şəkil orta hesabla 3–5 MB olur, ona görə 10 GB təxminən 2 500 şəkil, 20 GB isə təxminən 5 000 şəkil deməkdir. Bir dəqiqəlik Full HD video təxminən 130 MB tutur, ona görə 20 GB-a, məsələn, 2 500 şəkil və 1 saat video sığır. 4K videolar 2–3 dəfə çox yer tutur.
Şəkillərin keyfiyyəti düşür?
Xeyr. Heç bir faylı sıxmırıq: qonaq telefondan nə yükləyibsə, siz də onu eyni ölçüdə və keyfiyyətdə endirirsiniz.
Ödəniş necə edilir?
Dəvətnaməni yaradıb yoxlayırsınız, sonra WhatsApp-da bizə yazırsınız: bank kartı ilə və ya köçürmə ilə ödəyirsiniz. Ödənişdən sonra dəvətnamə aktiv olur. Əvvəlcədən ödəniş tələb etmirik.
Paketi sonra dəyişmək olar?
Olar. Ödənişdən əvvəl paketi istədiyiniz vaxt dəyişirsiniz. Ödənişdən sonra da böyük paketə keçmək olar, hətta tədbirdən 3 gün sonraya qədər: panelinizdən sorğu göndərirsiniz və yalnız qiymət fərqini ödəyirsiniz. Ödəniş təsdiqlənəndə albom dərhal açılır.
Erkən sifariş üçün endirim var?
Bəli. Dəvətnaməni tədbirə ən azı 20 gün qalmış yaratsanız, Foto paketi 99 ₼ əvəzinə 69 ₼, Foto və Video paketi 149 ₼ əvəzinə 99 ₼ olur. Günlər dəvətnamənin yaradıldığı gündən sayılır. Əsas paketin qiyməti dəyişmir.
İkinci dəvətnamə üçün endirim var?
Bəli. Eyni hesabdan sifariş etdiyiniz ikinci dəvətnamədə Foto və Video paketi 30% ucuzdur, üçüncü və sonrakı hər dəvətnamədə 50%. Məsələn, nişan, xına gecəsi və toy üçün ayrı-ayrı dəvətnamə. Endirim erkən sifariş qiymətinin üstündən hesablanır. Partnyor kodu da varsa, hansı endirim böyükdürsə, o tətbiq olunur. Ödənilmiş dəvətnamələr sayılır: əvvəlki dəvətnaməniz ödənildikdən sonra endirim növbətiyə tətbiq olunur.
Nişan
Nişan və toy üçün ayrı dəvətnamə etmək olar?
Olar. Hər tədbir üçün ayrıca dəvətnamə yaradırsınız, hər birinin öz linki və qonaq siyahısı olur. Hamısı panelinizdə bir yerdə görünür.
Xına gecəsi
Xına gecəsi üçün ayrıca dəvətnamə lazımdır?
Xına gecəsinin tarixi, ünvanı və qonaqları çox vaxt toydan fərqli olur. Ona görə ayrıca dəvətnamə yaradırsınız, öz linki və qonaq siyahısı ilə. Toy dəvətnaməsi ilə eyni hesabda, panelinizdə bir yerdə görünür.
Ad günü
Uşaq ad günü üçün dəvətnaməni valideynlərə göndərmək olar?
Bəli. Linki valideynlərin WhatsApp qrupuna göndərirsiniz, hər valideyn uşağın gələcəyini və neçə nəfərlə gələcəyini bildirir. Siyahı panelinizdə toplanır.
Yaş dəvətnamədə necə görünür?
Adın altında "5 yaş" kimi yazılır. Bəzi dizaynlarda, məsələn Rəqəmdə, yaş böyük rəqəmlə çıxır.
Başqa tədbir
Mənim tədbirim siyahıda yoxdur. Yenə dəvətnamə yaratmaq olar?
Olar. Konstruktorda tədbir növü olaraq "Başqa tədbir"i seçin, istənilən dizaynı götürün və mətnləri öz tədbirinizə uyğun yazın: ad, adın altındakı sətir, dəvət mətni və proqram. Yubiley, ad qoyma mərasimi və ya ailə görüşü, hamısı üçün işləyir.
Dəvətnamənizi indi yaradın
- Təxminən 10 dəqiqə
- Ödəniş dəvətnamə hazır olandan sonra
Sualınız var? WhatsApp-da yazın
