Əsas məzmuna keç
AZRUEN Daxil ol Dəvətnamə yarat

Bütün imkanlar

Qonaqların açdığı dəvətnamə və sizin paneliniz: nə var, necə işləyir.

Qonaq linki açanda

Kağız dəvətnamədə olan hər şey, üstəlik qonağın soruşacağı suallara cavablar.

Demoya bax
  • Zərfin açılması

    Dəvətnamə möhürlü zərflə başlayır, qonaq toxunanda açılır.

  • Toy proqramı

    Qarşılanma, gəlişlər, ilk rəqs. Saatları ilə.

  • Geyim kodu

    Qonaqlar nə geyinəcəyini əvvəlcədən bilir.

  • Musiqi

    Seçdiyiniz mahnı fonda səslənir, qonaq istəsə söndürür.

  • Üç dil

    Azərbaycan, rus və ya ingilis dilində oxunur.

  • Sizin şəkliniz

    İstəsəniz dəvətnamədə rəsmin yerinə ikinizin şəkli olur.

Tamerlan və Aynurə: toya 205 gün qalıb

O axşam yalnız bir dəfə olur

Ona qədərki işləri dəvətnamə görür, siz isə o axşamın özünə hazırlaşırsınız.

  1. Bu gün

    Linki göndərirsiniz

    WhatsApp-da, hər qonağa öz adı ilə. Çap, kuryer və zəng lazım deyil.

  2. Toya qədər

    Cavablar özü gəlir

    Kim gəlir, neçə nəfərlə: hər yeni cavab Telegram-ınıza və ya e-poçtunuza gəlir, siyahı panelinizdə hazırdır.

  3. Toy günü

    Heç kim yolu soruşmur

    Xəritə, Waze, Uber və geri sayım dəvətnamənin içindədir.

  4. O axşam

    Siz qonaqlarla olursunuz

    Qonaqlar masadakı QR kodla çəkdikləri şəkilləri albomunuza yükləyir.

  5. Ertəsi gün

    Bütün şəkillər sizdədir

    Hamısını bir ZIP faylı ilə, orijinal keyfiyyətdə endirirsiniz.

Şəkil albomu «Foto» və «Foto və Video» paketlərindədir.

Demoya bax
O axşam

Dəvətnamə statusunuzda da

Panelinizdə bir düyməyə basırsınız, dəvətnamənizdən qısa video hazırlanır: açılış, adlarınız, sonra tarix və məkan. Fonda seçdiyiniz musiqi səslənir.

  • Şaquli format, 1080×1920: WhatsApp statusu və Instagram hekayəsi üçün hazırdır
  • Bir-iki dəqiqəyə hazır olur, telefonunuza endirirsiniz
  • Ödənişdən sonra bütün paketlərdə
Nümunə: Premium «Göygöl» dizaynı, səsi ilə

Toya qədər hər şey nəzarətdə

Hesab açan kimi paneldə tarixinizə görə hazırlanmış iş siyahısı və büdcə sizi gözləyir. Pulsuzdur.

Növbəti addımı bilin

Şadlıq sarayından gəlinliyə qədər hazır siyahı, tarixinizə görə sıralanıb. Gəlin, bəy və ya ortaq: kim nə edir, aydındır.

Büdcəni nəzarətdə saxlayın

Hər xərci qeyd edin: nə qədər xərcləndiyini, nəyin ödəniləcəyini və nə qaldığını bir baxışda görün. Toy, nişan və xına ayrıca.

Qonaqlar, masalar, məclis: hamısı panelinizdə

Dəvətnaməni göndərdiyiniz gündən toydan sonrakı günə qədər lazım olan hər şey bir yerdədir.

Paketləri müqayisə edin
  • Kim açıb, kim cavab verməyib

    Dəvətnaməni kimin açdığını görürsünüz. Cavab verməyənlərə WhatsApp ilə bir toxunuşla xatırladırsınız.

  • Ailənizlə birlikdə

    Bir linklə valideyninizi və ya yaxınınızı panelə qoşursunuz: qonaqlar, cavablar və masalar onlar üçün də açıqdır.

  • Oturma planı

    Qonaqları masalara bölürsünüz. Qonaq dəvətnamədə adını yazır və masasının nömrəsini görür.

    Foto və yuxarı paketlərdə

  • Zalda canlı foto ekranı

    Qonaqların yüklədiyi şəkillər zaldakı ekranda və ya proyektorda bir-bir göstərilir, yeniləri dərhal əlavə olunur.

    Foto və yuxarı paketlərdə

  • Arzular kitabı

    Qonaqların dəvətnamədə yazdığı arzular bir kitabda toplanır. A4 kitabça kimi çap edə və ya PDF kimi saxlaya bilərsiniz.

  • Təşəkkür səhifəsi

    Toydan sonra link qonaqlar üçün təşəkkür səhifəsinə çevrilir: sizin sözləriniz və albomdan seçdiyiniz şəkillər.

Bir gündə min an

Üzüklər, şamlar, çay süfrəsi, ilk rəqs. Qonaqlar bunların hamısını çəkir, qonaq albomu isə həmin şəkilləri bir yerə yığır.

Taxta masanın üstündə açılmış nar
Armudu stəkanda çay və paxlava
Xınalı əllərdə gəlin buketi
Tağlı pəncərənin önündə uzun toy süfrəsi
Işıqlarla bəzədilmiş axşam süfrəsi
Bəy və gəlinin üzüklü əlləri, gül buketinin üstündə
Mis qabda fıstıq və paxlava

Dəvətnamənizi indi yaradın

  • Təxminən 10 dəqiqə
  • Ödəniş dəvətnamə hazır olandan sonra